Digər
114

Palata: Beynəlxalq kart təşkilatlarının Dağlıq Qarabağdakı fəaliyyətinin qarşısı alınıb

Palata: Beynəlxalq kart təşkilatlarının Dağlıq Qarabağdakı fəaliyyətinin qarşısı alınıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində işğal altında olan ərazilərdə fəaliyyət göstərən banklarınn beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərməsi faktları müəyyən edilib.

"Renkinq" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, həmçinin, qondarma Dağlıq Qarabağ dövlətinin Maliyyə Nazirliyinin internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.

Bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palatanın aşkar etdiyi faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatlarının brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.

"Palata ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində işğal altında olan ərazilərdə fəaliyyət göstərən bankların beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərməsini daim monitorinq edir, müvafiq tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır", - deyə məlumatda qeyd olunub. 

Bölmədən olan bütün xəbərlər