Qeyri-bankçılıq
365

"Ansar Leasing" məhkəməyə verilib

"Ansar Leasing" əmtəə nişanı altında fəaliyyət göstərən "Azərbaycan Lizinq Şirkəti" MMC məhkəməyə verilib. 

"Renkinq" xəbər verir ki, iddiaçı fiziki şəxs Sadiq Aqil oğlu Əliyevdir. 

O, lizinq şirkəti ilə bağladığı müqavilənin ləğv edilməsini istəyir. Cavabdeh qismində "Ansar Lizinq"lə yanaşı, fiziki şəxs Aqil Sabir oğlu Əliyev də çıxış edir. 

İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim İsmayıl Xəlilovdur. 

"Azərbaycan Lizinq Şirkəti"ni 2008-ci ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası yaradıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır.

Bölmədən olan bütün xəbərlər