Digər
215

Rusiya Bankı uçot dərəcəsini bir qədər də azaldacaq

Rusiya Bankı uçot dərəcəsini bir qədər də azaldacaq

Rusiya Bankı (Mərkəzi Bank) 2020-ci ilin ortalarına qədər uçot dərəcəsini 6-7%-ə endirməyi planlaşdırır. 

"Renkinq" xəbər verir ki, bu barədə qurumun sədri Elvira Nabiullina məlumat verib. 

"Əgər ölkə iqtisadiyyatının vəziyyəti, inflyasiyanın səviyyəsi bizim baza ssneraisinə uyğun inkişaf edərsə, hər hansı xarici şoklar olmazsa, biz neytral uçot dərəcəsi tətbiq edə bilərik. Bu isə 6-7% ola bilər", - deyə o, qeyd edib. 

Rusiya Bankı bu ay uçot dərəcəsinə yenidən baxmağı planlaşdırır. Qurumun ötən ay keçirilmiş iclasında sözügedən göstərici 0,25 faiz bəndi azaldılaraq 7,75%-dən 7,5%-ə endirilib. 

Bölmədən olan bütün xəbərlər