Büdcə
332

Azərbaycan Mərkəzi Bankı KPMG audit şirkəti ilə bağlı ittihamlara cavab verib

Azərbaycan Mərkəzi Bankı KPMG audit şirkəti ilə bağlı ittihamlara cavab verib

“KPMG Audit Azərbaycan” MMC-nin Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi tenderdə qalib gəlməsi qanunauyğun baş verib. 

"Renkinq" xəbər verir ki, bu barədə AMB-dən bildirilib. 

Məlumatda deyilir ki, tenderin nəticələri “Mərkəzi Bank haqqında” qanununa uyğun olaraq təsdiqlənib. 

"KPMG Audit Azərbaycan” şirkəti Böyük 4-lüyə daxil olan KPMG şirkətinin Azərbaycanda fəaliyyət göstərən müstəqil şirkətlər şəbəkəsinin bir üzvüdür, Auditorlar Palatasının tələblərinə və qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir. AMB-nin illik fəaliyyətinin auditində yalnız yerli şirkətin nümayəndələri deyil, eyni zamanda beynəlxalq KPMG şirkətinin (Moskva və London ofisləri) digər ölkələrdə fəaliyyət göstərən ofislərində çalışan yüksək kompetensiyalı nümayəndələrinin və partnyorlarının da iştirakı təmin edilir, bir qayda olaraq auditin nəticələri baş ofis tərərfindən təsdiqləndikdən sonra qüvvəyə minir və ictimaiyyət üçün açıqlanır”, - deyə AMB-dən qeyd edilib. 

“KPMG Audit Azərbaycan” 2019-2021-ci illər üzrə AMB-nin maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditini aparacaq. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər