Bankçılıq
249

“VİZA göstər, VİSA Al” uğurla davam edir

“VİZA göstər, VİSA Al” uğurla davam edir

“AtaBank” ASC-nin növbəti dəfə start verdiyi və müştərilərə çoxlu sayda bank kartı hədiyyə etdiyi “VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir. Bu kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün VİZA əldə etmiş müştərilər, "AtaBank"dan pulsuz "Visa Classic" və yaxud "Visa Gold" plastik kartına sahib ola bilərlər. İştirak etmək üçün bankın ən yaxın filial və yaxud şöbəsinə şəxsiyyət vəsiqəsi və xarici pasportla müraciət etmək və qüvvədə olan vizanı bankın əməkdaşına göstərmək kifayətdir. Müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılı olaraq "Visa Classic" və yaxud "Visa Gold" kartı hədiyyə edilir.

Xatırladaqki, hədiyyə bank kartları müştərilərə yalnız ABŞ dolları vəyaxud AVRO valyutasında açıla bilər. Bu kartlarla həm ölkə daxilində, həm xaricdə rahat və təhlükəsiz şəkildə ödənişlər həyata keçirmək mümkündür.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 31 oktyabr 2019-cu il tarixinə qədər davam edir.

"Visa" kartlarından dünyanın 200-ə qədər ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkə daxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə və yaxud onlayn alış-veriş edə, "AtaBank"ın" AtaNet" İnternet və yaxud Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.

WhatsApp/Telegram istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və yaxud bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək Visa plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.

Bölmədən olan bütün xəbərlər