Qeyri-bankçılıq
309

"Beynəlxalq Lizinq" məhkəməyə verilib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100% törəmə müəssisəsi "Beynəlxalq Lizinq" QSC məhkəməyə verilib. 

"Renkinq" xəbər verir ki, iddiaçı fiziki şəxs Laçın Səxavət qızı Bağırovadır. 

Mülki xarakterli iddia artıq ilkin instansiya məhkəməsindən keçib, hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Elşən Kazımovdur. 

“Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 1,26 milyon manatdır. Şirkət hazırda fəaliyyət göstərmir. 

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər