Digər
196

"Azərsun Holdinq"in xalis mənfəəti 19% azalıb

"Azərsun Holdinq" MMC 2018-ci ili 21,998 milyon manat xalis mənfəətlə başa vurub.

"Renkinq" şirkətlər qrupunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 18,85% azdır.

Ötən il "Azərsun Holdinq"in məhsul və xidmət satışından gəliri 730,003 milyon manat, məhsul və xidmətlərinin maya dəyəri 646,083 milyon manat, satış və paylaşdırma xərcləri 8,584 milyon manat, inzibati və ümumi xərcləri 50,647 milyon manat, maliyyə xərcləri 7,932 milyon manat, asılı müəssisələrə qoyulmuş investisiyalardan mənfəəti 295 min manat, məzənnə fərqindən zərəri 454 min manat, digər gəlirləri 5,306 milyon manat, törəmə müəssisələrin satışından gəlirləri 11,043 milyon manat, mənfəət vergisi ödəmələri 11,484 milyon manat, digər vergi ödəmələri üzrə qənaəti isə 536 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə şirkətlər qrupunun aktivləri 705,38 milyon manat olub ki, bu da illik müqayisədə 9,2% çoxdur. 2018-ci ildə "Azərsun Holdinq"in öhdəlikləri 9,5% artaraq 426,033 milyon manata, balans kapitalı isə 8,7% artaraq 279,346 milyon manata, o cümlədən nizamnamə kapitalı 24,1% artaraq 90 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər