Bankçılıq
99

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin xüsusi çəkisi 43%-ə yaxınlaşıb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin xüsusi çəkisi 43%-ə yaxınlaşıb

Bu il iyunun 1-nə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin məbləği 5 658,5 milyon manat təşkil edib.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 1,2%, ilin əvvəlinə nisbətən 6,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,9% çoxdur.

Hesabat tarixinə fiziki şəxslərə verilən istehlak kreditlərinin ölkə üzrə kredit qoyuluşunda xüsusi çəkisi 42,9% təşkil edib. Bu rəqəm 1 ay bundan əvvəl 42,4%, ilin əvvəlində 40,9%, ötən il mayın sonunda isə 40,2% olub. 

Bölmədən olan bütün xəbərlər