Bankçılıq
222

Rusiya Bankı ölkənin bank sektorunun mənfəətinin artacağını proqnozlaşdırır

Rusiya Bankı ölkənin bank sektorunun mənfəətinin artacağını proqnozlaşdırır

Bu il Rusiyanın bank sektorunun mənfəəti ötən illə müqayisədə çox olacaq.

"Renkinq" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu proqnozla Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina çıxış edib.

Xatırladaq ki, 2018-ci ildə qonşu ölkənin bankları 1,3 trilyon rubl (təxminən 20 milyard ABŞ dolları məbləğində mənfəət əldə edib. Bu, 2017-ci illə müqayisədə 70% çoxdur.

Bu ilin yanvar-may aylarında isə Rusiyanın bank sektorunun mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 64,5% artaraq 867 milyard rubla (13,3 milyard dollar) çatıb. Belə ki, 5 ay ərzində Rusiyanın 350 bankı 943 milyard rubl (14,5 milyard dollar) mənfəət əldə edib, 105 bankı isə 76 milyard rubl (1,3 milyard dollar) zərər edib. Beynəlxalq reytinq agentlikləri 2019-cu ilin yekununda Rusiya banklarının mənfəət göstəricisinin 1,3 - 1,6 trilyon rubl arasında dəyişəcəyini proqnozlaşdırır.

Bölmədən olan bütün xəbərlər