Bankçılıq
222

Ali Məhkəmə "Bank Standard"ın Ləğv Planını qənaətbəxş hesab etməyib

Ali Məhkəmə

Ali Məhkəmə lisenziyası ləğv edilmiş "Bank Standard" QSC-nin Ləğv Planını qənaətbəxş hesab etməyib və onun yenidən hazırlanması barədə qərar qəbul edib.

"Renkinq" xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin hələ ki, fəaliyyətdə olan sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

"Hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Ali Məhkəmə Komitənin şikayətini qismən təmin edib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən (2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsi) ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib", - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər