Büdcə
84

Vergilər Nazirliyi: Maliyyə sektoru vergi daxilolmalarının dinamikasına görə liderdir

Vergilər Nazirliyi: Maliyyə sektoru vergi daxilolmalarının dinamikasına görə liderdir

Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının illii müqayisədə artımı müşahidə edilib.

"Renkinq" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, maliyyə sektoru daxilolmaların dinamikasına görə liderdir. Belə ki, bank və sığorta fəaliyyəti ilə məşğul olanlar son 1 ildə vergi ödəmələrini 48,4% artırıblar. Bu göstərici rabitə sahəsində 40,6%, nəqliyyat sahəsində 26,1%, xidmət sahəsində 22,6%, ticarət sahəsində 13,3%, o cümlədən pərakəndə ticarətdə 32,4%, tikinti sahəsində 9,6%, digər fəaliyyət sahələrində isə 25,6% təşkil edib.

Qeyd edək ki, 5 ay ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsində 3 139,3 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və yaxud 239,9 milyon manat çoxdur. Hesabat dövründə qurum proqnoza 110,1% əməl edib.

 

Bölmədən olan bütün xəbərlər