Büdcə
117

ARDNF valyuta hərraclarındakı satışını 11% azaldıb

ARDNF valyuta hərraclarındakı satışını 11% azaldıb

Dövlət Neft Fondu (ARDNF) bu ilin iyun ayında valyuta hərraclarında 315,9 milyon ABŞ dolları satıb.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bu, bu ilin may ayı ilə müqayisədə 36,5 milyon dollar və yaxud 10,4%, ötən ilin iyun ayına nisbətən isə 123,1 milyon dollar və yaxud 28% azdır.

2019-cu ilin yanvar-iyun aylarında isə ARDNF-in valyuta hərraclarında satışı 2 643,6 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 330,9 milyon dollar və yaxud 11,1% azdır. 

Bölmədən olan bütün xəbərlər