Büdcə
235

"Azəristiliktəchizat" mənfəətlə işləməyə başlayıb

"Azəristiliktəchizat" ASC 2018-ci ili 67,959 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 18,825 milyon manat zərərlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, bununla da səhmdar cəmiyyətinin yığılmış zərəri 136,108 milyon manatdan 68,149 milyon manata düşüb.

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 181,536 milyon manat olub ki, bu da illik müqayisədə 0,4% azdır. Ötən il qurumun öhdəlikləri 75,3% azalaraq 24,321 milyon manata düşüb, balans kapitalı isə 87,8% artaraq 157,215 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər