Büdcə
219

"Azərenerji"nin xalis zərəri 2 dəfə azalıb

"Azərenerji" ASC 2018-ci ili 304,256 milyon manat xalis zərərlə başa vurub.

"Renkinq" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 49,5% və yaxud təxminən 2 dəfə azdır.

Ötən il "Azərenerji"nin elektrik enerjisinin satışından və elektrik şəbəkəsinə qoşulma xidmətindən gəlirləri 1 048,026 milyon manat, xarici valyuta mübadiləsindən gəlirləri 14,216 milyon manat, kreditor borcların və kreditlərin silinməsindən gəlirləri 84,84 milyon manat, digər gəlirləri 14,139 milyon manat, yanacaq xərcləri 518,534 milyon manat, köhnəlmə və amortizasiya xərcləri 178,973 milyon manat, işçi heyəti ilə bağlı xərcləri 49,581 milyon manat, təmir və texniki xidmət xərcləri 39,611 milyon manat, xammal və material xərcləri 9,373 milyon manat, aldığı elektrik enerjisinə görə xərcləri 11,882 milyon manat, kreditlərin və debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklik üzrə xərcləri 133,48 milyon manat, maliyyə xərcləri 42,238 milyon manat, əmlak, tikili və avadanlıqların alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə itkiləri 196,149 milyon manat, mənfəət vergisi ödəmələri 245,088 milyon manat, digər vergi ödəmələri isə 40,568 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə "Azərenerji"nin aktivləri 3 713,924 milyon manat olub ki, bu da illik müqayisədə 1,7% çoxdur. Ötən il qurumun öhdəlikləri 4% azalaraq 2 527,84 milyon manata düşüb, balans kapitalı isə 16,3% artaraq 1 186,084 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər