Büdcə
345

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili 1 milyon manata yaxın zərərlə başa vurub

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ili 1 milyon manata yaxın zərərlə başa vurub

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2018-ci ili 988 min manat zərərlə başa vurub.

Bu barədə "Renkinq" qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il AERA-nın ümumi gəlirləri 8,318 milyon manat, inzibati və digər əməliyyat xərcləri 4,346 milyon manat, dəyərsizləşmə üzrə ehtiyat xərcləri 5,158 milyon manat, digər gəlirləri 2 min manat, digər xərcləri 5 min manat, dövlətin ayırdığı vəsait hesabına gəlirləri 204 min manat, maliyyə xərcləri isə 4 min manat təşkil edib.

Bu il yanvarın 1-nə AERA-nın aktivləri 6,977 milyon manat olub ki, bu da illik müqayisədə 9,05% çoxdur. 2018-ci ildə qurumun öhdəlikləri təxminən 50 dəfə artaraq 51 min manata, balans kapitalı isə 8,25% artaraq 6,926 milyon manata çatıb.  

Bölmədən olan bütün xəbərlər