Büdcə
284
Dövlət Avtomobil Nəqliyyatı Xidməti ötən il əldə etdiyi gəlirin hamısını xərcləyib

Bakı / 01.07.2019 / Renkinq:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2018-ci ildə 2,529 milyon manat gəlir əldə edib.
"Renkinq" xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, ötən il DANX-ın xərcləri 2,515 milyon manat təşkil edib. Başqa sözlə, hesabat dövründə qurum əldə etdiyi gəlirin demək olar ki, hamısını (99,45%-ni) xərcləyib.