Bankçılıq
190

"Rabitəbank" regionlarda kənd təsərrüfatına dəstək verir!

"Rabitəbank" regionlarda kənd təsərrüfatına dəstək istiqaməntində sahibkarlarla görüşlərinə start verib.

Bank “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində regionlarda sahibkarlarla görüşlərinə başlayıb. Belə ki, Azərbaycanın qərb bölgəsi olaraq ilk ünvan Gəncə şəhəri seçilib. Baş tutan tədbirdə 100-dən artıq sahibkar, dövlət rəsmiləri iştirak edib. 

"Rabitəbank"ın əməkdaşları layihə, sahibkarlar üçün yaradılan güzəştli kredit haqqında geniş məlumat verib. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılıb və təklifləri dinlənilib.

"Rabitəbank" Dünya Bankı, Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” - nin Aqrobiznesə Maliyyə Xidmətləri komponenti üzrə İştirakçı Maliyyə Qurumu kimi seçilib. Layihənin əsas məqsədi, kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına dəstək vermək, seçilmiş məhsullar üzrə dəyər zəncirlərinin təkmilləşdirilməsindən ibarətdir.

Ölkənin ilk müstəqil banklarından olan "Rabitəbank", 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Bölmədən olan bütün xəbərlər