İnvestisiya
87

Milli Depozit Mərkəzi “Elektron xidmətlər” sistemini istifadəyə verib

Milli Depozit Mərkəzi “Elektron xidmətlər” sistemini istifadəyə verib

Milli Depozit Mərkəzi (MDM) investorların rahatlığının təmin edilməsi məqsədi ilə “Elektron xidmətlər” sistemini istifadəyə verib. 

"Renkinq" quruma istinadən xəbər verir ki, yeni sistem müasir dövrün tələblərinə cavab verməklə real vaxt rejimində çalışan proqram təminatıdır.

Sistemə daxil olmaq üçün istifadəçi “ASAN İmza”ya malik olmalıdır. “ASAN İmza” vasitəsilə hər bir istifadəçi depo hesabı səhifəsinə daxil olaraq mülkiyyətçisi olduğu qiymətli kağızların emitentləri, sahibi olduğu qiymətli kağızın miqdarı, onların öhdəliklərlə yüklənib-yüklənməməsi barədə məlumatları əldə edə bilər.  Həmçinin, istifadəçinin mülkiyyətçisi olduğu qiymətli kağızların əməliyyatları barədə məlumatlar da depo hesabında əks olunur.

Ölkə vətəndaşı olan qiymətli kağızlara sahib fiziki şəxslər “Elektron xidmətlər” sistemindən istifadə edə bilərlər.

Bölmədən olan bütün xəbərlər