Sığorta
180

Azərbaycanda 10 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 10 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 11-nin ödənişləri isə azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət yanvarda 4,56 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 11,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Rəvan Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 5 ayda 143 min manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 5 ay ərzində 7,739 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 1,7% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 69% azalaraq 1 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər