Sığorta
468

Palata: Sığorta sektorunun aktivləri 1,4 milyard manata çatıb

Palata: Sığorta sektorunun aktivləri 1,4 milyard manata çatıb

Azərbaycanda 2018-ci ilin yekununda sığorta bazarının qeyri-neft sektorunda payı 1,9%, maliyyə sektorunda payı isə 2,9% təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) məlumat verib.

“Hazırda isə sığorta sektorunun aktivləri maliyyə sektorunun aktivlərində 3,1% paya malikdir. Palata yaranandan sığortaçıların aktivləri 64% artıb və 1,4 milyard manata çatıb", - o qeyd edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər