Büdcə
82

“Bakı Metropoliteni”nin yığılmış zərəri 427 milyon manata çatıb

“Bakı Metropoliteni”nin yığılmış zərəri 427 milyon manata çatıb

“Bakı Metropoliteni” QSC 2018-ci ili 54,871 milyon manat xalis zərərlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən azdır.

Bununla belə, dövlət şirkətinin yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manata çatıb.

Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəliri 54,186 milyon manat, dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat, sair əməliyyat gəlirləri 5,763 milyon manat, istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat, istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat, istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat, istifadə etdiyi qazın dəyəri 225 min manat, istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat, işçi heyəti üzrə xərcləri 44,195 milyon manat, torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 85,144 milyon manat, qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat, tikinti və avadanlıqlarının qalıq dəyəri 833 min manat, digər xərcləri 6,857 milyon manat, sair əməliyyat xərcləri isə 3,609 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 409,498 milyon manat olub ki, bu da illik müqayisədə 4,8% çoxdur. Hesabat dövründə nəqliyyat müəssisəsinin öhdəlikləri 0,7% artaraq 57,051 milyon manata, balans kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 2 779,056 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər