İnvestisiya
159

Azərbaycanda 2 investisiya şirkətinin mənfəəti 500 min manatdan çoxdur

Azərbaycanda 2 investisiya şirkətinin mənfəəti 500 min manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 2-nin 2018-ci ildəki vergiyəqədərki mənfəəti 500 min manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "İnvest-Az" və "PAŞA Kapital" investisiya şirkətləridir.

4 investisiya şirkətinin - "PSG Kapital", "Azfinance", "Unicapital" və "Xalq Kapital"ın vergiyəqədərki mənfəəti 100-500 min manat arasında dəyişir, 2 investisiya şirkətinin - "BTB Kapital" və "Plato Capital and Co."nun isə vergiyəqədərki zərəri olub.

8 investisiya şirkətindən 5-i ötən il vergiyəqədərki mənfəətini artırıb. Bunlar "Azfinance", "PSG Kapital", "Xalq Kapital", "PAŞA Kapital" və "İnvest-AZ" investisiya şirkətləridir. Ən yüksək dinamika "Azfinance"da (19,6 dəfə), ən aşağı dinamika isə "İnvest-Az"da (60,1%) qeydə alınıb.

1 investisiya şirkətinin - "Unicapital"ın vergiyəqədərki mənfəəti, 1 investisiya şirkətinin - "Plato Capital and Co."nun isə vergiyəqədərki zərəri 2018-ci ildə azalıb. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun vergiyəqədərki zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

***

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 6-sı 2018-ci ildə mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də - "İnvest-AZ", "PAŞA Kapital" və "PSG Kapital"da sözügedən göstərici 100-200 min manat arasında, 3 investisiya şirkətində - "Unicapital", "Azfinance" və "Xalq Kapital"da isə 100 min manatdan azdır. Ötən ili zərərlə bitirmiş 2 investisiya şirkətindən 1-i - "BTB Kapital" mənfəət vergisi ödəmələrinə 13 min manat qənaət edib, 1 investisiya şirkəti - "Plato Capital and Co."da isə vergi göstəricisi 0 manat olub.

8 investisiya şirkətindən 5-i 2018-ci ildə mənfəət vergisi ödəmələrini artırıb. Bunlar "Xalq Kapital", "PSG Kapital", "Azfinance", "PAŞA Kapital" və "İnvest-AZ" investisiya şirkətləridir. Ən yüksək dinamika "Xalq Kapital"da (5,3 dəfə), ən aşağı dinamika isə "İnvest-AZ"da (2,7%) qeydə alınıb.

1 investisiya şirkətinin - "Unicapital"ın mənfəət vergisi ödəmələri azalıb. 1 investisiya şirkəti - "Plato Capital and Co." həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib (hər iki il zərərlə işləyib), 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub, odur ki, onların vergi göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

***

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 2-nin 2018-ci ildəki xalis mənfəəti 500 min manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "İnvest-Az" və "PAŞA Kapital" investisiya şirkətləridir.

4 investisiya şirkətinin - "PSG Kapital", "Azfinance", "Unicapital" və "Xalq Kapital"ın xalis mənfəəti 100-500 min manat arasında dəyişir, 2 investisiya şirkətinin - "BTB Kapital" və "Plato Capital and Co."nun (xalis) zərəri olub.

8 investisiya şirkətindən 5-i ötən il xalis mənfəətini artırıb. Bunlar "Azfinance", "PSG Kapital", "Xalq Kapital", "İnvest-AZ" və "PAŞA Kapital" investisiya şirkətləridir. Ən yüksək dinamika "Azfinance"da (130,8 dəfə), ən aşağı dinamika isə "PAŞA Kapital"da (61,6%) qeydə alınıb.

1 investisiya şirkətinin - "Unicapital"ın xalis mənfəəti, 1 investisiya şirkətinin - "Plato Capital and Co."nun isə zərəri 2018-ci ildə azalıb. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun xalis zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər