Bankçılıq
200

BVF: “Azərbaycan Beynəlxalq Bankı”nın özəlləşdirilməsi tezliklə başa çatdırılmalıdır

BVF: “Azərbaycan Beynəlxalq Bankı”nın özəlləşdirilməsi tezliklə başa çatdırılmalıdır

“Biz hökumətə tövsiyə edirik ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsini tezliklə başa çatdırsın”.

“Renkinq” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.

O həmçinin qeyd edib ki, təmsil etdiyi qurum hökumətin bununla bağlı addımlarını dəstəkləyir: “Heç bir ölkədə dövlət bankının özəlləşdirilməsi asan başa gəlmir. Hazırda beynəlxalq ekspertlərin dəstəyi ilə ABB-nin sağlamlaşdırılması və özəlləşdirilməsi həyata keçirilir və biz bunu dəstəkləyirik. Bu məsələnin yekunlaşdırılması bank sektorunda rəqabət mühitini gücləndirəcək”. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər