Bankçılıq
182

“Access Bank” tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

“Access Bank” tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

“Access Bank”ın keçirdiyi tələbələrarası müsabiqənin qalibləri müəyyənləşib.

Qeyd edək ki, müsabiqəyə müxtəlif ali təhsil müəssisələrinin 500-dən çox tələbəsi 130-a yaxın komanda şəklində onlayn formada qoşulub.

Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda növbəti mərhələyə keçid alıb.

Həmin komandaların üzvləri “Access Bank”ın baş ofisində marketinq və mobil bankçılıq mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Final günü isə komandaların hazırladığı yekun təqdimatlar qiymətləndirilib. Bankın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Baki filialının "2Cool4" komandası I yeri tutub. II və III yerlərə isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "ParadISE" və "Accessories" komandaları layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, "2Cool4" komandasına 1000 AZN, "ParadISE" və "Accessories" komandalarına isə müvafiq olaraq 600 və 400 AZN məbləğində pul mükafatları verilib.

Bununla yanaşı, ilk üç yeri tutan komandaların üzvləri bankda təcrübə keçmək imkanı qazanıb.

Bölmədən olan bütün xəbərlər