Bankçılıq
158

Azərbaycanın bank sektoru bu ilin ilk 5 ayında 326 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru bu ilin ilk 5 ayında 326 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarını 325,8 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, sektor ötən ilin eyni dövründən 5,5 milyon manat xalis zərərlə çıxmışdı.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 5 ay ərzində bankların gəlirləri 1109,8 milyon manat, o cümlədən faiz gəlirləri 803,4 milyon manat, qeyri-faiz gəlirləri 306,4 milyon manat, xərcləri 671,7 milyon manat, o cümlədən faiz xərcləri 234,1 milyon manat, qeyri-faiz xərcləri 437,6 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 102,8 milyon manat, digər gəlirləri 21,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 30,9 milyon manat təşkil edib.

Bu il iyunun 1-nə bank sektorunun aktivləri 29 654,4 milyon manat olub ki, bu da illik müqayisədə 7,6% çoxdur. Bunun 11 422,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 15,3% böyüyüb.

Hesabat dövründə bankların öhdəlikləri 6,5% artaraq 23 630,2 milyon manata çatıb. Bunun 18 733,1 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə sektorun depozit portfeli 11,1% böyüyüb. O cümlədən fiziki şəxslərin banklardakı depozitləri 9,4% artaraq 8 527,6 milyon manat, hüquqi şəxslərin banklardakı depozitləri isə 12,5% artaraq 10 205,5 milyon manat olub.

İl ərzində bank sektorunun Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 50,2% azalaraq 229,1 milyon manata düşüb.

Son 1 ildə sektorun balans kapitalı isə 14,35% artaraq 4 492,8 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər