Sığorta
362

Azərbaycanda sığorta ödənişlərinin 67%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 67%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 93,778 milyon manat sığorta ödənişinin 62,885 milyon manatı və yaxud 67,1%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (23,804 milyon manat), "PAŞA Sığorta" (19,792 milyon manat), "Atəşgah Sığorta" (7,739 milyon manat), "Atasığorta" (6,073 milyon manat) ASC-lər və "Azərsığorta"dır (5,477 milyon manat).

5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (58 min manat),  "Amrah Sığorta" (81 min manat) və "Rəvan Sığorta" (143 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 283 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 30,612 milyon manat (32,6%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər