Sığorta
451

Azərbaycanda sığorta haqlarının 76%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 76%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 319,272 milyon manat sığorta haqqının 241,253 milyon manatı və yaxud 75,6%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (94,118 milyon manat), "PAŞA Sığorta" (81,416 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 34,501 milyon manat), "Atəşgah Həyat Sığorta" (16,945 milyon manat) və "Atəşgah Sığorta" (14,273 milyon manat) ASC-lərdir.

5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (176 min manat), "Naxçıvan Sığorta" (181 min manat), "Amrah Sığorta" (227 min manat) və  "Bakı Sığorta" (448 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,032 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 76,987 milyon manat (24,1%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər