Sığorta
432

Azərbaycanda həyat sığortası 26% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

Azərbaycanda həyat sığortası 26% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 116,252 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 26,4% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 203,021 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 20,3% azalaraq 31,098 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 7,3% artaraq 62,68 milyon manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 26,75 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-may aylarında müvafiq olaraq 24,7 manat və 30,3 manat olub. 

Bölmədən olan bütün xəbərlər