Bankçılıq
782

Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb

2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib.

“Renkinq” xəbər verir ki, bu, Bankın maliyyə fəaliyyəti ilə bağlı auditor yoxlamasından sonra məlum olub.

“Amrah Bank”ın audit hesabatına əsasən, bu ilin əvvəlinə Bank 199,864 milyon manatlıq aktivlərə, 210,919 milyon manatlıq öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının balans kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.

Xatırladaq ki, “Amrah Bank” bu ilin yanvar ayında açıqladığı balans hesabatında kapitalla bağlı probleminin olmadığını bildirib. Belə ki, hesabatda Bankın aktivlərinin 230,33 milyon manat, öhdəliklərinin 203,929 milyon manat, balans kapitalının isə 26,401 milyon manat olduğu qeyd edilib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər