İnvestisiya
278

“Bakı Fond Birjası”nın dövriyyəsi 26% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 26% azalıb

Bu ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 323,769 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 38,1% azalaraq 30 040-a düşüb.

BFB-nin dövriyyəsinin 78,75%-i və yaxud 5 767,75 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 16,9% çoxdur.

Hesabat dövründə səhm bazarı üzrə əqdlərin dəyəri 98,3% azalaraq 1,167 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 39,3% azalaraq 171,565 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 20,25% azalaraq 301,632 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 74,8% azalaraq 1 081,656 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər