Qeyri-bankçılıq
149

Azərbaycanda 2 yeni lizinq şirkəti yaradılıb

Azərbaycanda 2 yeni lizinq şirkəti yaradılıb

Vergilər Nazirliyi (VN) "Almaz Lizinq" MMC-ni dövlət qeydiyyatına alıb.

"Renkinq" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, "Vitess Ekspress" yaşayış kompleksi, mənzil 157, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Nizami Qabil oğlu Möhsümovdur.

Bundan başqa, VN tərəfindən "İlkaqrolizinq" MMC dövlət qeydiyyatına alınıb. Bu yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 45, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Mahir Əli oğlu Xəlilovdur.

Bölmədən olan bütün xəbərlər