Qeyri-bankçılıq
141

Azərbaycan BOKT-u ötən ili mənfəətlə başa vurub

Azərbaycan BOKT-u ötən ili mənfəətlə başa vurub

“Qafqaz Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 46 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 18 min manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Qafqaz Kredit”in gəlirləri 217 milyon manat, o cümlədən faiz gəlirləri 176 min manat, qeyri-faiz gəlirləri 41 min manat, xərcləri 168 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 168 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 23 min manat, mənfəət vergisi ödəmələri isə 25 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Qafqaz Kredit”in aktivləri 828 min manat olub ki, bu da illik müqayisədə 6% çoxdur. Bunun 553 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 15,3% kiçilib.

Hesabat dövründə “Qafqaz Kredit”in 0,001 milyon manatlıq öhdəliyi yaranıb, balans kapitalı isə 5,9% artaraq 827 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər