İnvestisiya
206

Azərbaycanda 2 investisiya şirkətinin öhdəlikləri 10 milyon manatdan çoxdur

Azərbaycanda 2 investisiya şirkətinin öhdəlikləri 10 milyon manatdan çoxdur

Bu il yanvarın 1-nə, Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 2-nin öhdəlikləri 10 milyon manatdan çoxdur.

"Renkinq" xəbər verir ki, həmin investisiya şirkətləri "Azfinance" (65,217 milyon manat) və "PSG Kapital"dır (20,36 milyon manat).

Qalan 6 investisiya şirkətindən 3-nün öhdəlikləri 1-10 milyon manat arasında, 3 investisiya şirkətinin öhdəlikləri isə 1 milyon manatdan azdır.

8 investisiya şirkətindən 6-sı 2018-ci ildə öhdəliklərini artırıb. Bunlar "PAŞA Kapital", "Plato Capital and Co.", "İnvest-AZ", "PSG Kapital", "Unicapital" və "Azfinance" investisiya şirkətləridir. Ən yüksək dinamika "PAŞA Kapital"da (6,2 dəfə), ən aşağı dinamika isə "Azfinance"da (37,2%) qeydə alınıb.

1 investisiya şirkəti - "Xalq Kapital" ötən il öhdəliklərini azaldıb - 32,9%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun öhdəliklərinin dinamikasını hesablamaq mümkün olmayıb.

***

"Azfinance" istisna olmaqla 8 investisiya şirkətindən 7-si bu il yanvarın 1-nə uzunmüddətli öhdəliklərinin məbləği və illik dinamikası barədə məlumat verib. Bunlardan 3-də uzunmüddətli öhdəliklər yoxdur. Həmin investisiya şirkətləri "BTB Kapital", "PAŞA Kapital" və "Xalq Kapital"dır. Qalan 4 investisiya şirkətindən 1-də - "PSG Kapital"da uzunmüddətli öhdəliklər 1 milyon manatdan çox, 3-də isə 1 milyon manatdan azdır.

7 investisiya şirkətindən 3-ü 2018-ci ildə uzunmüddətli öhdəliklərini artırıb. Bunlar "İnvest-AZ", "Plato Capital and Co." və "PSG Kapital" investisiya şirkətləridir. Ən yüksək dinamika "İnvest-AZ"da (22,7 dəfə), ən aşağı dinamika isə "PSG Kapital"da (13,8%) qeydə alınıb. Qalan 4 investisiya şirkətindən 2-nin - "PAŞA Kapital" və "Xalq Kapital"ın son 1 ildə uzunmüddətli öhdəlikləri olmayıb, 1 investisiya şirkətinin - "Unicapital"ın uzunmüddətli öhdəlikləri ötən il formalaşıb, 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onların uzunmüddətli öhdəliklərinin dinamikasını hesablamaq mümkün olmayıb.

***

"Azfinance" istisna olmaqla 8 investisiya şirkətindən 7-si bu il yanvarın 1-nə cari öhdəliklərinin məbləği və illik dinamikası barədə məlumat verib. Bunlardan 1-də cari öhdəliklər 10 milyon manatdan çoxdur. Həmin investisiya şirkəti "PSG Kapital"dır (15,778 milyon manat). Qalan 6 investisiya şirkətindən 3-nün cari öhdəlikləri 1-10 milyon manat arasında, 3 investisiya şirkətinin cari öhdəlikləri isə 1 milyon manatdan azdır.

7 investisiya şirkətindən 5-i 2018-ci ildə cari öhdəliklərini artırıb. Bunlar "PAŞA Kapital", "Plato Capital and Co.", "PSG Kapital", "İnvest-AZ" və "Unicapital"dır. Ən yüksək dinamika "PAŞA Kapital"da (6,2 dəfə), ən aşağı dinamika isə "Unicapital"da (45,6%) qeydə alınıb.

1 investisiya şirkəti - "Xalq Kapital" ötən il cari öhdəliklərini azaldıb - 32,9%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun cari öhdəliklərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər