İnvestisiya
87

Milli Depozit Mərkəzinin xalis mənfəəti 1%-ə yaxın artıb

Milli Depozit Mərkəzinin xalis mənfəəti 1%-ə yaxın artıb

Milli Depozit Mərkəzi (MDM) 2018-ci ili 170 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 0,6% çoxdur.

Ötən il MDM-in əməliyyat gəlirləri 2,597 milyon manat, əməliyyat xərcləri 2,532 milyon manat, maliyyə gəlirləri 169 min manat, digər xərcləri 0,001 milyon manat, mənfəət vergisi ödəmələri isə 63 min manat təşkil edib.

Bu il yanvarın 1-nə MDM-in aktivləri 29,478 milyon manat olub ki, bu da illik müqayisədə 74% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2,1 dəfə artaraq 23,26 milyon manata, balans kapitalı isə 2,8% artaraq 6,219 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər