Qeyri-bankçılıq
165

Azərbaycan BOKT-unun zərəri 30% azalıb

Azərbaycan BOKT-unun zərəri 30% azalıb

"Kredex" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 33 min manat zərərlə başa vurub.

"Renkinq" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 29,8% azdır.

Ötən il "Kredex"in gəlirləri 161 min manat, o cümlədən faiz gəlirləri 142 min manat, qeyri-faiz gəlirləri 19 min manat, xərcləri 192 min manat, o cümlədən faiz xərcləri 54 min manat, qeyri-faiz xərcləri 138 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 2 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Kredex"in aktivləri 488 min manat olub ki, bu da illik müqayisədə 10,2% çoxdur. Bunun 443 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 14,2% böyüyüb.

Hesabat dövründə "Kredex"in öhdəliklər 24,9% artaraq 396 min manata çatıb, balans kapitalı isə 27% azalaraq 92 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər