Büdcə
372

Azərbaycanda minimum pensiya da artırılacaq

Azərbaycanda minimum pensiya da artırılacaq

Azərbaycanda minimum əmək haqqı ilə yanaşı, minimum pensiyanın da artırılması nəzərdə tutulur.

“Renkinq” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi planlaşdırılır. Dəyişiklikdən sonra ölkədə pensiyaların aşağı həddi 40 manat və yaxud 25% artaraq 160 manatdan 200 manata çatacaq. Artım oktyabrın 1-dən hesablanacaq. 

Bu, 2019-cu ildə ölkədə minimum pensiyanın artırılması ilə bağlı 2-ci addım olacaq. Bundan əvvəl pensiyaların aşağı həddi 44 manat və yaxud 37,9% artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Artım martın 1-dən hesablanıb. 

Bölmədən olan bütün xəbərlər