Büdcə
298

Azərbaycanda bir sıra büdcə təşkilatlarında çalışan işçilərin aylıq vəzifə maaşları 40% artırılıb

Azərbaycanda bir sıra büdcə təşkilatlarında çalışan işçilərin aylıq vəzifə maaşları 40% artırılıb

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 40% artırılması haqqında sərəncam imzalayıb. 

"Renkinq" xəbər verir ki, sərəncama əsasən, artım sentyabrın 1-dəbn hesablanacaq. 

Həmin təşkilatlar aşağıdakılardır: 

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

- Heydər Əliyev Mərkəzi;

- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

- Azərbaycanda Atatürk Mərkəzi;

- Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

- Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

- Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

- Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

- Prezident yanında Elmin İnkişafı Fondu.

Bölmədən olan bütün xəbərlər