Büdcə
337

Azərbaycanda minimum əmək haqqı yenidən artırılıb

Azərbaycanda minimum əmək haqqı yenidən artırılıb

Prezident İlham Əliyev Azərbaycanda minimum əmək haqqının 70 manat və yaxud 38,9% artırılması haqqında sərəncam imzalayıb.

“Renkinq” xəbər verir ki, sərəncama əsasən, sentyabrın 1-dən ölkədə maaşların aşağı həddi 180 manatdan 250 manata çatdırılır.

Bu, 2019-cu ildə ölkədə minimum əmək haqqının artırılması ilə bağlı 2-ci addımdır. Bundan əvvəl maaşların aşağı həddi 50 manat və yaxud 38,5% artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Artım martın 1-dən qüvvəyə minib. 

Bölmədən olan bütün xəbərlər