Qeyri-bankçılıq
220

“TBC Kredit” BOKT-un xalis mənfəəti 46% azalıb

“TBC Kredit” BOKT-un xalis mənfəəti 46% azalıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1,883 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 46,35% azdır.

Ötən il “TBC Kredit”in gəlirləri 3,811 milyon manat, o cümlədən faiz gəlirləri 3,793 milyon manat, qeyri-faiz gəlirləri 18 min manat, xərcləri 5,261 milyon manat, o cümlədən faiz xərcləri 1,663 milyon manat, qeyri-faiz xərcləri 3,598 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,415 milyon manat, mənfəət vergisi ödəmələri isə 82 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 23,547 milyon manat olub ki, bu da illik müqayisədə 12,55% azdır. Bunun 17,087 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 20,3% kiçilib.

Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 25,5% azalaraq 15,689 milyon manata düşüb, balans kapitalı isə 34% artaraq 7,858 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər