Büdcə
287

Azərbaycanın xarici ticarət dövriyyəsi 29% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 29% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 14,449 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.

5 aylıq ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9%, idxal isə 51,3% artıb.

Son nəticədə xarici ticarətdə 2,781 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 20,9% azdır.

Bölmədən olan bütün xəbərlər