Sığorta
485

Azərbaycanda sığorta haqlarının ödənişi üçün xidmət haqqı tarifləri müzakirə olunub

Azərbaycanda sığorta haqlarının ödənişi üçün xidmət haqqı tarifləri müzakirə olunub

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu və İcbari Sığorta Bürosunun (İSB) nümayəndələri arasında görüş keçirilib.

“Renkinq” ABA-ya istinadən xəbər verir ki, görüşdə Hökümət Ödəniş Portalı ilə “həyat sığortası” üzrə plastik kartlarla ödənilən sığorta haqları üçün xidmət haqqı tarifləri müzakirə olunub.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə banklar yaradıb. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür.

Bölmədən olan bütün xəbərlər