Qeyri-bankçılıq
137

“Pro Kredit” BOKT ötən ili mənfəətlə başa vurub

“Pro Kredit” BOKT ötən ili mənfəətlə başa vurub

“Pro Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 1 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 8 min manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Pro Kredit”in gəlirləri 299 min manat, o cümlədən faiz gəlirləri 295 min manat, qeyri-faiz gəlirləri 4 min manat, xərcləri 344 min manat, o cümlədən faiz xərcləri 168 manat, qeyri-faiz xərcləri 176 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 46 min manat təşkil edib. BOKT mənfəət vergisi ödəməyib. 

Bu il yanvarın 1-nə “Pro Kredit”in aktivləri 3,552 milyon manat olub ki, bu da illik müqayisədə 3,9% azdır. Bunun 2,725 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 1,4% böyüyüb.

Hesabat dövründə “Pro Kredit”in öhdəlikləri 10,2% azalaraq 3,046 milyon manata düşüb, balans kapitalı isə 65,7% artaraq 507 min manata, o cümlədən nizamnamə kapitalı 40% artaraq 700 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər