Bankçılıq
250

Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı 2 sənəd müzakirə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı 2 sənəd müzakirə edilib

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Komplayns” Ekspert Qrupunun növbəti görüşü keçirilib.

“Renkinq” ABA-ya istinadən xəbər verir ki, görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı “Məsul şəxsə dair tələblər” və “PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər” adlı sənədlər müzakirə edilib.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə banklar yaradıb. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür.

Bölmədən olan bütün xəbərlər