Büdcə
239

Azərbaycanda nazirliyə məxsus telekommunikasiya şirkətləri mənfəətlə işləyir

Azərbaycanda nazirliyə məxsus telekommunikasiya şirkətləri mənfəətlə işləyir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus 3 telekommunikasiya şirkəti - "Aztelekom", "Bakı Telefon Rabitəsi" və "AzInTelecom" MMC-lər 2018-ci ili mənfəətlə başa vurub.

"Renkinq" bu barədə şirkətlərin maliyyə hesabatına istinadən xəbər verir.

Beləliklə, ötən il "Aztelekom"un gəlirləri 81,953 milyon manat, xərcləri isə 63,141 milyon manat təşkil edib. Son nəticədə şirkətin mənfəəti 18,812 milyon manat olub.

Hesabat dövründə "Bakı Telefon Rabitəsi" isə 63,291 milyon manat gəlir əldə edib, 57,074 milyon manat xərcləyib. Beləliklə, şirkət ili 6,217 milyon manat mənfəətlə yekunlaşdırıb.

2018-ci ildə "Azercell Telecom" MMC-nin 51,3%-lik səhmdarına çevrilmiş "AzInTelecom"un isə ötən il gəlirləri 28,551 milyon manat, xərcləri isə 20,313 milyon manat təşkil edib. Bununla da, şirkət 8,238 milyon manat mənfəət əldə edib.

Bölmədən olan bütün xəbərlər