Bankçılıq
241

İş adamları "Access Bank"ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır

İş adamları

Xəbər verildiyi kimi, 2019-cu ilin iyun ayının 11-də "Access Bank" QSC-nin təşkilatçılığı ilə biznes forum keçirilib. 200-dək iş adamının iştirakı ilə baş tutan tədbirdə vergi və gömrük sahələrinə dair aktual olan məsələlər ətrafında müzakirələr aparılıb. "Vergi" və "Gömrük" panellərinə qatılan qonaqlar suallarını "Access Bank"ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə ünvanlayıblar. Bununla yanaşı, biznes forum sahibkarlar üçün əlaqələrinin genişləndirilməsi baxımından faydalı platfor marolunu oynayıb.

Foruma qatılan sahibkarlar tədbiri yüksək qiymətləndirib, olduqca faydalı məlumatlar əldə etdiyini bildiriblər. Onların əksəriyyəti hesab edirki, "Access Bank" bu tədbiri ənənəyə çevirməlidir.

Belə düşünən qonaqlardan biri fərdi sahibkar Qoşqar Rüstəmovdur: "İlk növbədə "AccessBank"a təşəkkür edirəm ki, iş adamları üçün belə bir fürsət yaratdı. Bildiyimiz kimi, son 2-3 il ərzində vergi və gömrük sahəsində qanunvericiliyə ciddi dəyişikliklər edildi. Bu baxımdan hesab edirəm ki, hətta ən məlumatlı sahibkar belə bu cür tədbirlərdə iştirak edərək faydalı məlumatlar əldə etmək imkanı qazanır. Tədbirdə sözün yaxşı mənasında gərgin diskussiyanın şahidi olduq. Bu tədbirdən öncə biz digər iş adamları ilə müzakirə apardıq və beynimizdə bir sual canlandı: bu qədər məsrəf "Access Bank"a nə üçün lazımdır? Mənə elə gəlir ki, bu sualın cavabını tapmaq üçün "AccessBank"ın səhmdarlarının siyahısına baxmaq kifayət edər. Başqa sözlə, "Access Bank" Asiya müdrikliyi və Avropa intizamı nümayiş etdirərək müştərilərinin maliyyə savadlılığını artırır".

"Narda Park" MMC-nin rəhbəri Ənvər Qasımov isə deyir ki, tədbirdə iştirak etməklə bütün suallarına cavab tapdı: "Açığı iş qrafikimin olduqca gərgin olmasına baxmayaraq, illərdir müştərisi olduğum "Access Bank"ın təşkil etdiyi biznes foruma qatıldım və çox faydalı məlumatlar əldə etdim. Bir çox sahibkarlar kimi, mən də bu biznes forumun ənənəyə çevrilməsini arzulayıram. Forumda olduqca maraqlı suallar qaldırıldı və mən sevinirəm ki, heç bir sual cavabsız qalmadı".

"Real Group" MMC-nin maliyyə direktoru Həmid Qurbanov da ümid edirki, biznes forum gözəl ənənəyə çevriləcək: "Əvvəla, biznes forum yüksək səviyyədə təşkil olunduğuüçün "Access Bank"ın komandasına təşəkkür edirəm. Forumda vergi və gömrük sahələrinə dair olduqca maraqlı və aktual məsələlər qaldırıldı. Spikerlərin seçiminə görə "Access Bank"a xüsusi təşəkkür etmək istərdim. Çünki ünvanlanan sualları dəqiq, əhatəli və konkret misallar göstərməklə cavablandırmaq çox vacibdir. Ümid edirəm ki, ilk dəfə keçirilən biznes forum gözəl  ənənə halını alacaq. Sahibkarların bu cür tədbirlərə çox ehtiyacı var".

Bölmədən olan bütün xəbərlər