Büdcə
230

Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı 2 dəfə artıb

Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı 2 dəfə artıb

2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136 şikayət daxil olub.

“Renkinq” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 94,3% və yaxud təxminən, 2 dəfə çoxdur.

Şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər