Sığorta
247

Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 9 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-aprel aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri isə azalıb.

"Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvar-apreldə 62 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,5 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 4 ayda 6,427 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,1% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Həyat Sığorta" ASC-dədir. Bu şirkət 4 ay ərzində 17,62 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 1,7% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 86,6% azalaraq 53 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər