Sığorta
248

Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-aprel aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 12-nin yığımları illik müqayisədə artıb, 9-nun yığımları azalıb.

"Renkinq" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-apreldə 9,368 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "PAŞA Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 4 ayda 71,97 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,5% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 4 ay ərzində 1,001 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 85,4% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Meqa Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 10,7% azalaraq 11,13 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər