Büdcə
246

"Bakı Kristal Zalı" ötən ili mənfəətlə başa vurub

Dövlət Bayrağı Meydanında yerləşən "Bakı Kristal Zalı" MMC 2018-ci ili 2 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2017-ci ildən 10,46 milyon manat zərərlə çıxmışdı. 

"Renkinq" xəbər verir ki, ötən il "Bakı Kristal Zalı"nın gəlirləri 4,742 milyon manat, xərcləri 4,74 milyon manat, mənfəət vergisi ödəmələri isə təxminən 0,001 milyon manat təşkil edib. 

Bu il yanvarın 1-nə "Bakı Kristal Zalı"nın aktivləri 174,329 milyon manat olub ki, bu da illik müqayisədə 1,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri dəyişməyərək 73 min manat qalıb, balans kapitalı isə 1,2% azalaraq 174,256 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər