Bankçılıq
190

“Bank VTB Azərbaycan” bankomat şəbəkəsini genişləndirir

“Bank VTB Azərbaycan” bankomat şəbəkəsini genişləndirir

“Bank VTB Azərbaycan” ASC xidmət şəbəkəsini genişləndirərək Bakı şəhərində yeni bankomatlar quraşdırıb. ATM-lər şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşdirilib:

- Azadlıq prospekti, 49 (Neft və Sənaye Universiteti yaxınlığında);

- Üzeyir Hacıbəyov küçəsi, 68 (Xəqani parkının yaxınlığında).

Bundan başqa, “Bank VTB Azərbaycan” “Əcəmi” və “Neftçilər” filiallarında, eləcə də Müştəri xidmətləri mərkəzində nağd pul vəsaitinin qəbulu üçün “Cash-in” funksiyalı bankomatlar quraşdırıb.

Bununla da Bankın bankomatlarının ümumi sayı 19-a çatıb.Bütün bankomatlar şəhərin hərəkətli ərazilərində, eləcə də  ticarət-əyləncə mərkəzlərində yerləşdirilib. Həmçinin “Bank VTB Azərbaycan”ın kart sahibləri tərəfdaş bankomat şəbəkəsindən də istifadə edə bilərlər. Belə ki, müştərilər “NIKOIL | Bank”, “Bank of Baku” və “Azər-Türk Bank” kimi bankların ATM xidmətlərindən əlavə komissiyasız yararlana bilər. 

Bölmədən olan bütün xəbərlər